Dünyada xüsusən də 35-49 yaş arası qadınlar arasında sonsuzluq hallarının sayı artmaqdadır.
Bakıvaxtı.az "The Lancet" jurnalına istinadən xəbər verir ki, bu, jurnalda dərc olunan yeni bir araşdırmada yer alıb.
Araşdırmaya görə, 2036-cı ilə qədər bu yaş qrupundakı qadınlar arasında sonsuzluq hallarının sayı 80 milyona yaxınlaşacaq.
2023-cü ildə bu yaş qrupunda təxminən 53,6 milyon qadın sonsuzluqdan əziyyət çəkirdi. 2023-cü illə müqayisədə bu yaş qrupunda sonsuzluq hallarının sayının 2036-cı ilə qədər təxminən 50% artacağı proqnozlaşdırılır.
Tədqiqatçılar sonsuzluqda ən böyük artımın daha inkişaf etmiş ölkələrdə müşahidə olunduğunu müəyyən ediblər. Bir çox orta gəlirli və sürətlə inkişaf edən ölkələrdə də sonsuzluq getdikcə daha çox yayılır, çünki müxtəlif sosial və demoqrafik dəyişikliklər eyni vaxtda baş verir.
Beynəlxalq Universitet Tədqiqatçıları Qrupunun elmi direktoru və İspaniya Reproduktiv Tibb Cəmiyyətinin Etika Komitəsinin koordinatoru Rosio Nunez Kalonun sözlərinə görə, qadınların ilk uşaqlarını dünyaya gətirdiyi orta yaş təxminən 33 ildir.
Gülşən Şərif
Bakı 



