ABŞ Prezidenti Donald Tramp Türkiyəyə "F-35" qırıcılarının satılması ilə bağlı bildirib ki, bu barədə mütləq qərar veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bununla bağlı bu gün Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşündə bəhs edib.
O, ABŞ-nin Türkiyəyə "F-35" satmaqla bağlı düşünməyin mümkün olduğunu deyib: "Bunu düşünəcəyik, mütləq bu barədə qərar veriləcək. Türkiyə çox uzun müddətdir ki, çox sadiq müttəfiqdir, hətta bir çoxlarından da daha sadiq müttəfiq olub. Bildiyiniz kimi, "F-35"lər ən yaxşı döyüş təyyarələridir və biz bu məsələni müzakirə edəcəyik".
D.Tramp Türkiyə ilə ABŞ arasında möhkəm dostluq münasibətinin olduğunu da vurğulayıb.
Bakı 



