İran millisinin 2026-cı il dünya çempionatında ABŞ ilə bağlı planı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Meksikadakı səfiri Əbülfəzl Pasandide məlumat verib.
Onun sözlərinə görə, İran yığması ABŞ-də keçiriləcək oyunlara yalnız matç günü gələcək və qarşılaşmadan dərhal sonra yenidən Meksikadakı əsas düşərgəsinə qayıdacaq.
Beləliklə, komanda ABŞ ərazisində qalmaq və orada hazırlıq keçmək əvəzinə, hər oyuna birgünlük səfər edəcək.
Qeyd edək ki, İran millisinin DÇ-2026-da ev bazası Meksikada yerləşəcək. G qrupunda yarışan komanda oyunlarını (Belçika, Misir və Yeni Zelandiyaya qarşı) ABŞ-da keçirəcək. (qol.az)
Bakı 




