Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu dünya çempionatlarında məğlubiyyət antirekordunu təkrarlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın 1/8 final mərhələsində İspaniyaya 0:1 hesablı məğlubiyyət ulduz futbolçunun karyerasında 8-ci olub.
Bununla da Ronaldu Cənubi Koreya millisinin sabiq futbolçuları Hon Men Bo və Son Xın Min, Meksika yığmasının keçmiş qapıçısı Antonio Karbahal və Avstraliya millisinin üzvü Metyu Lekinin uğursuz göstəricilərinə şərik çıxıb.
Qeyd edək ki, Kriştianu Ronaldu karyerasının son dünya çempionatında 10 oyunda 741 dəqiqə meydanda olub.
Bakı 



