İyunun 5-də gecə saatlarında Azov dənizində dron hücumu nəticəsində zərər görən iki xarici yük gəmisindən birinin kapitanı Azərbaycan vətəndaşı, Xaçmaz şəhər sakini 45 yaşlı Fuad Orucov olub.
Bakıvaxtı.az-ın xəbərinə görə, kapitanının həyat yoldaşı Aytən Orucova hadisə barədə Baku TV-yə açıqlama verib.
"O, 20 ildən artıqdır ki, dənizçidir. Hadisə vaxtı gəmidəki hər kəsi xilas etsə də, özünü qoruya bilməyib. Evdə dörd övladı onun yolunu gözləyir", - Aytən Orucova söyləyib.
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Bakı 




