• Bakı 22° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Səhər tezdən Gümrüdə axtarışlar və həbslər keçirilir

DÜNYA

07 Iyun 2026 | 09:57

Səhər tezdən Gümrüdə axtarışlar və həbslər keçirilir

"Oragir.News" portalının yaydığı məlumata görə, səhər tezdən Ermənistanın Gümrü şəhərində genişmiqyaslı axtarışlar və saxlanılmalar dalğası başlayıb.

Bakıvaxtı.az Bizim.Media-ya istinadən xəbər verir ki, səhər saat 05:00-dan etibarən "Ermənistan" (Hayastan) blokunun qərargahında axtarışlara start verilib və deputatlığa namizəd Hasmik Sahradyan saxlanılıb.

Saytın əldə etdiyi digər məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) səhər tezdən hüquq müdafiəçisi Karapet Poqosyanın mənzilində də axtarış aparır.

Bununla yanaşı, analoji əməliyyatların "Güclü Ermənistan" blokunun qərargahlarında da keçirildiyi bildirilir.

Ərazidə digər saxlanılan şəxslərin də olduğu, lakin onların şəxsiyyəti barədə hələlik rəsmi məlumat verilmədiyi qeyd olunub.


SON XƏBƏRLƏR

06 Iyun 2026