Ermənistanda parlament seçkiləri davam edir.
Bakıvaxtı.az xəbər verir ki, saat 17:00-a olan məlumata görə (səsvermənin başa çatmasına 3 saat qalmış), səsvermə hüququ olan əhalinin 48,9 faizi artıq öz seçimini edib. Yəni 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957-si artıq səs verib.
Ermənistan MSK-nın məlumatına görə, bu da 5 il bundan əvvəlki seçkidəki seçici fəallığından 11 faiz çoxdur.
*** 13:10
Ermənistanda keçirilən parlament seçkilərində saat 11:00-a olan seçici fəallığı 14,79% təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, İrəvanda 122 856 seçici səs verib.
Bakı 




