• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Almaniyada evə meteorit DÜŞDÜ

DÜNYA

07 Iyul 2026 | 21:41 | Müəllif: Subhan Mahmudov

Almaniyada evə meteorit DÜŞDÜ

Almaniyanın Reynland-Pfalts əyalətinin Koblens şəhərində evlərdən birinin üzərinə meteorit hissələri düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində evə maddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Meteoritin atmosferə daxil olaraq güclü partlayış səsi ilə parçalanmasından sonra baş verdiyi bildirilib.

Hadisə zamanı evdə sakinlər olsa da, meteorit parçalarının düşdüyü otaqda heç kim olmayıb. Polis meteorit qalıqlarının Reynland-Pfalts əyalətinin digər bölgələrində də binaların dam örtüyünə ziyan vurduğunu bildirib.

Şahidlərin sözlərinə görə, meteorit atmosferə daxil olarkən parlaq alov zolağı yaradıb və güclü gurultu ilə müşayiət olunub. Hadisə Niderland, Şimali Reyn-Vestfaliya və Almaniyanın digər bölgələrində də müşahidə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026