• Bakı 21° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı

DÜNYA

07 Iyun 2026 | 17:22

Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı

Mərhum amerikalı güləşçi-aktyor Halk Hoqanın ölüm səbəbi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “California Post” nəşri "Clearwater Police Department" nümayəndəsinin açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, aktyor təbii səbəblərdən dünyasını dəyişib.

Daha əvvəl onun infarkt səbəbindən vəfat etdiyi bildirilirdi. Lakin Hoqanın qızı Bruk atasının ölümü ilə bağlı ciddi suallarının olduğunu demiş, hətta meyitin ekspertizası xərclərini qarşılamağa hazır olduğunu açıqlamışdı.

Nəticədə meyit üzərində ekspertiza aparılıb, amma araşdırma hər hansı cinayət izinə rast gəlməyib.

Məlumata görə, polis tərəfindən təxminən 11 ay davam edən istintaq zamanı aktyorun ölümündə zorakılıq və ya kriminal hal aşkarlanmayıb. Bu səbəbdən işin bağlanacağı bildirilib.

Qeyd edək ki, Halk Hoqan 26 iyul 2025-ci ildə vəfat edib.


SON XƏBƏRLƏR

06 Iyun 2026