İranın Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində həyatını itirdiyi bildirilən Heydər Salehinin ailəsi faciənin izlərini hələ də yaşayır.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, hadisə zamanı həlak olan uşaqlardan biri olan Heydərin atası oğlunun ölümündən üç ay keçməsinə baxmayaraq, hər gecə onun məzarı yanında qalır və səhərə qədər orada gecələyir.
Ata bildirib ki, övladını tək buraxmağa gücü çatmır:
“Mən onu tək qoya bilmirəm. Onun burada tamamilə tək qalmasına necə razı olum? Mənim artıq heç kimim qalmayıb”.
Qeyd olunur ki, o, hər axşam qəbiristanlığa gedir, məzarın yanında yorğan sərir və səhərə qədər orada qalır. Artıq üç aydır ki, bu vəziyyət davam edir.
Məlumata görə, gündüz saatlarında qəbiristanlığa insanlar gəlir, dua oxuyur və gül gətirirlər. Lakin gecə düşdükdən sonra ərazi boşalır və yalnız ata oğlunun məzarı yanında qalır.

Bakı 




