• Bakı 26° C

    12.95 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Abşeronda zibillikdən silah-sursat tapıldı - Video

CƏMİYYƏT

07 Iyul 2026 | 13:17

Abşeronda zibillikdən silah-sursat tapıldı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 2 ədəd F-1 və 1 ədəd RQD-5 əl qumbarası, 3 ədəd UZRQM-2 partladıcısı, 67 ədəd 5.45 mm-lik mərmi, 1 ədəd 7.62 mm-lik mərmi, 4 ədəd 9 mm-lik mərmi, 2 ədəd AK-74 avtomatı və 1 ədəd Makarov tipli tapança olduğu müəyyən edilib.

Aşkar edilmiş silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyul 2026