• Bakı 26° C

    12.95 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

İdxal olunan mallara bu sənədlər tələb olunacaq

CƏMİYYƏT

07 Iyul 2026 | 13:32

İdxal olunan mallara bu sənədlər tələb olunacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub.

Bakıvaxtı.az xəbər verir ki, yeni qanunla idxal olunan və barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş mallara dair "Texniki tənzimləmə haqqında" Qanuna əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməli və gömrük rəsmiləşdirilməsi zamanı yoxlanılmalıdır.

Bu tələblər idxal edilən mallara yalnız müvafiq texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 il keçdikdən sonra şamil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyul 2026