• Bakı 22° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Pərvin Abışova və digərləri həbsdən necə çıxdı? - ŞOK DETALLAR

CƏMİYYƏT

07 Iyun 2026 | 11:24

Pərvin Abışova və digərləri həbsdən necə çıxdı? - ŞOK DETALLAR

“Jurnalist adı altında reketlik etmək"də ittiham olunan Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova ilə bağlı cinayət işi üzrə araşdırmalar davam edir.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, jurnalist Ülviyyə Alovlunun yaydığı məlumata görə, adıçəkilən şəxslər Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanıldıqdan sonra zərərçəkmiş kimi tanınan şəxslərə ümumilikdə 130 min manat məbləğində təzminat ödəyiblər.

Bildirilir ki, onların barəsində məhkəmə baxışı keçirilib və məhkəmənin qərarı ilə polis nəzarətinə verilməklə sərbəst buraxılıblar.

Qeyd olunur ki, çoxsaylı müraciətlər əsasında həmin şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi (təkrarən hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb və onlar istintaq tədbirləri çərçivəsində saxlanılıblar.


Hazırda fakt üzrə istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

06 Iyun 2026