Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib.
Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




