• Bakı 26° C

    10.06 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

FHN: Ötən həftə 583 yanğına çıxış olub - 15 nəfərin meyiti aşkarlanıb - VİDEO

HADİSƏ

06 Iyul 2026 | 09:37

FHN: Ötən həftə 583 yanğına çıxış olub - 15 nəfərin meyiti aşkarlanıb - VİDEO

Ötən həftə 583 yanğına çıxış olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Verilən məlumata görə "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 583 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma, 7 avtonəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 48 nəfər xilas edilib, 6 nəfər xəsarət alıb, 15 nəfərin meyiti təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026
04 Iyul 2026