• Bakı 25° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

HADİSƏ

05 Iyul 2026 | 19:45

Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” ilə “Hyundai” markalı minik maşınları toqquşub. 

Nəticədə “VAZ 2106”-nın sürücüsü ölüb, xəsarət alan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Iyul 2026