• Bakı 26° C

    10.06 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Şərurda hərbçimiz ailə üzvləri ilə birgə həlak oldu- YENİLƏNİB

HADİSƏ

06 Iyul 2026 | 10:23

Şərurda hərbçimiz ailə üzvləri ilə birgə həlak oldu- YENİLƏNİB

Baş Dövlət Yol Polisi İdarəsi Naxçıvanda baş verən qəza ilə bağlı məlumat yayıb.

Bu barədə Bakıvaxtı.az-a idarədən bildirilib.

Məlumata görə, 2026-cı il iyulun 5-də Şərur rayonu, Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Şərur rayon sakini Rəşad Məmmədov idarə etdiyi "Lifan" markalı avtomobillə hərəkətdə olarkən, hazırda istintaqa məlum olmayan səbəbdən idarəetməni itirərək qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxıb və həmyerlisi Nəvai Həsənovun idarə etdiyi "VAZ" markalı avtomobillə toqquşub.

Nəticədə Nəvai Həsənov və sərnişinləri - həyat yoldaşı və azyaşlı övladı hadisə yerində həlak olub, 7 yaşlı qızı, eləcə də R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzada həyatını itirən Nəvai Həsənov hərbçi olub.

***

10:19

Axşam Şərurda baş verən dəhşətli qəzada həlak olanların fotoları yayımlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisədə dünyasını dəyişən ata, ana və azyaşlı uşağın fotoları sosial şəbəkələrdə yayımlanıb./Lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026