• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Faciəli şəkildə həlak olan uşaq məşhur musiqiçinin oğlu imiş

HADİSƏ

07 Iyun 2026 | 10:29 | Müəllif: Qalib İbrahimoğlu

Faciəli şəkildə həlak olan uşaq məşhur musiqiçinin oğlu imiş

Xəbər verdiyimiz kimi, Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb.

Aparılan axtarış tədbirləri zamanı sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Elmir Qurbanov tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğludur.

Qeyd edilib ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinif şagirdi olan Elmir ötən gün itkin düşmüşdü.

***

08:51

Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində baş verib. Belə ki, 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb.

Aparılan axtarış tədbirləri zamanı sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılı


Faciəli şəkildə həlak olan uşaq məşhur musiqiçinin oğlu imişFaciəli şəkildə həlak olan uşaq məşhur musiqiçinin oğlu imişFaciəli şəkildə həlak olan uşaq məşhur musiqiçinin oğlu imiş
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026