Göygöl rayonunda yağan güclü yağış ciddi problemlərə səbəb olub.
Bakıvaxtı.az-ın məlumatına görə, rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi uçub,həmçinin iri ağac əraziyə aşıb.
Nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolu qismən bağlanıb. Hazırda problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Bakı 




