• Bakı 22° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Xalq artistinin oğluna yüksək vəzifə verildi

CƏMİYYƏT

07 Iyun 2026 | 08:56

Xalq artistinin oğluna yüksək vəzifə verildi

Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov yeni vəzifəyə təyin olunub.

Bakıvaxtı.az Editor.az-a istinadən xəbər verir ki, S.Təhməzova “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin Səlahiyyətli Nümayəndəsi vəzifəsi verilib.

Qeyd edək ki, Səmral Təhməzov 2001–2010-cu illərdə gömrük orqanlarında xidmət edib. 2010–2020-ci illərdə Bakı Beynəlxalq Kompleksində müxtəlif vəzifələrdə çalışıb. 2020–2024-cü illərdə isə Dövlət Gömrük Komitəsinin Tranzit şöbəsinin rəisi vəzifəsini icra edib.

O, gömrük xidməti polkovniki rütbəsinə malikdir.


SON XƏBƏRLƏR

06 Iyun 2026