• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Şabranda şəhid anası vəfat etdi -FOTO

CƏMİYYƏT

07 Iyun 2026 | 15:50 | Müəllif: Zeynəb Rzayeva

Şabranda şəhid anası vəfat etdi -FOTO

Şabran rayonunun Gəndov kəndində yaşayan şəhid anası Sevda Salahova dünyasını dəyişib.

Məlumatı "Vətən naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Əbdülhəlimova Bakıvaxtı.az-a təsdiqləyib. Onun sözlərinə görə, Sevda Salahova uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, onun oğlu Füzuli Salahov 2017-cı il dekabrın 13-də Füzuli rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub.

Şəhid anası Sevda Salahova bu gün Şabran rayonunun Gəndov kənd qəbiristanlığında torpağa tapşırılıb.


Şabranda şəhid anası vəfat etdi -FOTOŞabranda şəhid anası vəfat etdi -FOTOŞabranda şəhid anası vəfat etdi -FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026