• Bakı 24° C

    13.24 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Zorakılığa məruz qalan uşağın anası tanınmış klinik psixoloqdur

CƏMİYYƏT

07 Iyul 2026 | 14:49

Zorakılığa məruz qalan uşağın anası tanınmış klinik psixoloqdur

Xəbər verdiyimiz kimi, Bakıda Əliəşrəf Əlizadə 57 ünvanında yerləşən binanın liftində azyaşlıya qarşı zorakılıq edilib.

Bakıvaxtı.az xatırladır ki, sosial şəbəkələrdə yayımlanan görüntülərdə bir gəncin azyaşlını liftə minmək istəyərkən itələyib yıxdığı görünür.

Azyaşlının anası, tanınmış klinik psixoloq, təlimçi  Fidan Abdulla da bu görüntüləri paylaşaraq, hadisədən sonra oğlunun gecə boyu yata bilmədiyini bildirib:

“Uzun müddət danışmadı, nitqi tutuldu, qorxudan əsirdi. Bir ana üçün övladını bu vəziyyətdə görmək və bu cür görüntüləri izləmək sözlə ifadə olunacaq qədər asan deyil”.

Onun sözlərinə görə, bu videonu paylaşmaqda məqsəd odur ki, hər kəs bu hadisədən xəbərdar olsun və övladlarını bu cür təhlükəli vəziyyətlərdən qorusun. Heç kim bilmir ki, sabah harada və nə ilə qarşılaşacaq.

Qeyd edək ki, azyaşlıya fiziki zor tətbiq edən 29 yaşlı Ayxan Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR