• Bakı 24° C

    13.24 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

CƏMİYYƏT

07 Iyul 2026 | 14:23

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

Cari ilin ilk 5 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 631 nikah qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə modern.az-a Ədliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, həmin nikahlarda Azərbaycan Respublikası vətəndaşlarından 307-si qadın, 324-ü isə kişi olub.

"Məlumat üçün bildiririk ki, nikahlar əsasən Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və Özbəkistan vətəndaşları ilə qeydə alınıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 5 ayında isə 858 Azərbaycan Respublikası vətəndaşı əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olub”, - deyə rəsmi məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR