• Bakı 24° C

    13.24 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

20 manatlıq dövlət rüsumu ləğv edilir

CƏMİYYƏT

07 Iyul 2026 | 14:20

20 manatlıq dövlət rüsumu ləğv edilir

Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə ödənilən rüsum ləğv edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə ödənilən 20 manatlıq rüsum ləğv edilir.

Qeyd edilib ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir.

Eyni zamanda “Energetika haqqında” Azərbaycan Respublikasının qanununda terminoloji xarakterli uyğunlaşdırma həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyul 2026