• Bakı 21° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Ebola ilə bağlı QORXUNC PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər

DÜNYA

07 Iyun 2026 | 16:35

Ebola ilə bağlı QORXUNC PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər

Konqo Demokratik Respublikası (KDR) və Uqandada tüğyan edən Ebola epidemiyası tarixdə ən böyük yoluxma hallarından birinə çevrilə bilər.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bubarədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) yayımladığı hesabatda xəbərdarlıq edib.

Hesabatda qeyd olunur ki, xəstələrin yalnız 20%-nin təcrid edilməsi halında üç ay ərzində yoluxmaların sayının 20 minə çatma ehtimalı 65% təşkil edir. Əhalinin 70%-nin təcrid olunması vəziyyətində isə bu risk 5%-ə qədər azalır.

"Bu nəticələr ictimai səhiyyə sahəsində effektiv tədbirlərin vacibliyini göstərir. Çünki hazırkı epidemiya Bundibucyo virusunun törətdiyi Ebola qızdırmasının indiyədək qeydə alınmış ən böyük epidemiyasıdır və qısa müddət ərzində tarix boyu müşahidə edilən ən böyük Ebola epidemiyalarından birinə çevrilə bilər", - deyə hesabatda bildirilir.


SON XƏBƏRLƏR

06 Iyun 2026