İtaliya hökuməti müttəfiqlər arasında gərginliyin artmasının qarşısını almaq üçün ABŞ prezidenti Donald Trampın təxribatçı sosial media paylaşımlarına artıq cavab verməyəcək.
Bakıvaxtı.az "La Stampa" qəzetinə istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajani bildirib.
Onun sözlərinə görə, Tramp xüsusilə sosial mediada təxribatları sevir:
"Müttəfiqlərimiz arasında mübahisə yaratmamaq üçün bu cür şərhlərə bir daha cavab verməmək qərarına gəldik. Transatlantik münasibətlərin gücü bir yazıdan vdaha çox şeyə malikdir".
Gülşən Şərif
Bakı 



