• Bakı 25° C

    12.95 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Daha 163 nəfər Xocavəndə döndü - YENİLƏNİB

CƏMİYYƏT

07 Iyul 2026 | 12:16

Daha 163 nəfər Xocavəndə döndü - YENİLƏNİB

Növbəti köç karvanl Xocavənd şəhərinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə 41 ailə (163 nəfər) köçürülüb.

***

11:41

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 41 ailə olmaqla, 163 nəfər yola salınıb.

Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyul 2026