Suriyanın paytaxtı Dəməşqdə zibil qutularına yerləşdirilmiş iki partlayıcının işə düşməsi nəticəsində üç nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Yelisey sarayından isə bildirilib ki, partlayış baş verən zaman Fransa Prezidenti Emmanuel Makron artıq suriyalı həmkarı Əhməd əl-Şaraa ilə görüş üçün prezident sarayına yollanırdı və o, xəsarət almayıb.
***
11:47
Bu gün Dəməşqdə, Suriyada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı "Four Seasons" hotelinin yaxınlığında iki partlayış baş verib.
Bakıvaxtı.az "Al-Arabiya"ya istinadən xəbər verir ki, partlayışların səbəbləri məlum deyil.
Fransa Prezidenti ötən gün axşam Dəməşqə rəsmi səfər edib.
Eyni zamanda, bildirilib ki, Makronun korteji partlayışdan qısa müddət əvvəl hoteli tərk edib.
Bakı 






