Avropanın müdafiəyə daha güclü dəstəyi təqdirəlayiqdir, amma bu dəstək NATO ilə rəqabət aparmamalı, əksinə NATO-nu gücləndirməlidir.
Bakıvaxtı.az-ın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Ankarada keçirilən NATO dövlət və hökumət başçılarının 36-cı sammitlə bağlı açıqlamasında bildirib.
Nazir deyib ki, hərbi gücü, müdafiə sənayesi və yerləşməsi ilə beynəlxalq təhlükəsizlik arxitekturasının aparıcı üzvü olan Türkiyəni kənarda saxlamaq Avropanı daha təhlükəsiz etməyəcək:
"Ankaradan gələn mesaj aydın olmalıdır. Kollektiv Müdafiə ilə bağlı 5-ci maddəyə sadiqliyimiz sarsılmazdır və siyasi öhdəliklərimiz etibarlı hərbi güclə dəstəklənəcək."
Bakı 



