• Bakı 21° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Hörmüz boğazının statusu aktuallaşıb - Hakan Fidan

DÜNYA

07 Iyun 2026 | 19:36

Hörmüz boğazının statusu aktuallaşıb - Hakan Fidan

Türkiyə müvafiq təşəbbüs göstəriləcəyi təqdirdə Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Koreya Respublikasının "JTBC" televiziya kanalına verdiyi müsahibədə bildirib.

"Biz həll yolu axtarışının bir hissəsi olmağa və xahiş olunarsa, qarşı tərəflər arasında davam edən bu prosesi asanlaşdırmağa hazırıq. Beləliklə, tərəflər arasında razılıq əldə olunarsa və ya bizdən boğazın minalardan təmizlənməsi prosesinə töhfə verməyimiz istənilərsə, bunu məmnuniyyətlə edəcəyik", - deyə o əlavə edib.

Hörmüz boğazının tam açılması perspektivlərindən danışan Fidan xatırladıb ki, əvvəlcə ABŞ və İran arasında danışıqlar nüvə məsələləri ətrafında gedirdi, lakin mövcud vəziyyət nəzərə alınmaqla Hörmüz boğazının statusu daha da aktuallaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyun 2026