• Bakı 20° C

    0.78 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

DÇ-2026-da ehtiyat oyunçularla bağlı qeyri-adi qərar

İDMAN

07 Iyun 2026 | 19:27 | Müəllif: Subhan Mahmudov

DÇ-2026-da ehtiyat oyunçularla bağlı qeyri-adi qərar

ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirak edəcək bir çox milli komanda anomal isti hava şəraiti səbəbindən ehtiyat futbolçulara matçları paltardəyişmə otağından izləməyə icazə vermək imkanını nəzərdən keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, belə bir hal baş verərsə, komanda əvəzetmə etmək istədikdə baş məşqçinin köməkçisi ehtiyat oyunçular skamyasından paltardəyişmə otağına yollanacaq və futbolçuları isinmə hərəkətlərinə göndərəcək.

Daha əvvəl FIFA futbolçuların su içə bilməsi üçün hakimlərə hər matçda iki dəfə fasilə vermək öhdəliyi qoyub.

Dünya çempionatı iyunun 11-də başlayacaq. Turnirin açılış oyununda Meksika yığması Cənubi Afrika Respublikası millisi ilə qarşılaşacaq./Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026