• Bakı 21° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Parataekvondoçumuzdan Almaniyada növbəti qızıl medal

İDMAN

07 Iyun 2026 | 22:14

Parataekvondoçumuzdan Almaniyada növbəti qızıl medal

Almaniyanın Nürnberq şəhərində keçirilən parataekvondo üzrə "Prezident Kuboku"nda Sabir Zeynalov (58 kiloqram) növbəti uğura imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 20 yaşlı paralimpiyaçı yarımfinalda türkiyəli Hamza Tarhanın, finalda isə rusiyalı Asxat Akmatovun üzərində qələbə qazanaraq qızıl medala sahib olub.

Qeyd edək ki, paralimpiyaçı cəmi 3 gün əvvəl Roma şəhərində təşkil olunan Roma Qran-prisində də qızıl medal qazanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyun 2026