Futbol üzrə dünya çempionatında Argentina Misir üzərində əzmkar qələbə qzaanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:2 hesbalı qələbəyə seviniblər.
Baxmayaraq ki, görüşdə ilk iki qol Misir komandasından gəlib. Yasser İbrahim (15) və Mustafa Ziko (67) Afrika təmsilçisinin qollarını vurublar. Bunun belə, özündə güc toplayan Argentina seçməsi ard-arda 3 dəfə rəqib qapısına yol tapmaqla qalib gəlməyi bacarıb.
"Tanqoçular"un heyətində Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandes (90+3) diqqət mərkəzinə düşüblər.
***21:59
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda beşinci qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 3:2.
90+3-cü dəqiqədə Enzo Fernandes fərqlənib.
***21:51
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda dördüncü qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabı bərabərləşdirib - 2:2.
83-cü dəqiqədə Lionel Messi fərqlənib.
***21:46
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda üçüncü qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesab arasındakı fərqi azaldıb - 1:2.
79-cu dəqiqədə Kristian Romero Messinin ötürməsini qola çevirib.
***21:35
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ikinci qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.
67-ci dəqiqədə Mustafa Ziko rəqib komandanı oyuna mərkəzdən başlamağa məcbur edib.
***21:12
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ikinci hissə başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.
15-ci dəqiqədə Yasser İbrahim başla "çərçivə"ni dəqiq nişan alıb.
Qarşılaşmanın 21-ci dəqiqəsində Argentina yığmasının kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.
***20:55
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ilk hissə bitib.
Bakıvaxtı.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.
15-ci dəqiqədə Yasser İbrahim başla "çərçivə"ni dəqiq nişan alıb.
Qarşılaşmanın 21-ci dəqiqəsində Argentina yığmasının kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.
***20:20
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ilk qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.
15-ci dəqiqədə Yasser İbrahim başla çərçivəni dəqiq nişan alıb.
***20:00
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyunu başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, 1/8 final mərhələsinin matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı fransal; FIFA referisi Fransua Leteksye idarə edir.
















