• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

45 seçiciyə rüşvət verilibmiş - 7 nəfər saxlanıldı

DÜNYA

07 Iyun 2026 | 20:11 | Müəllif: Subhan Mahmudov

45 seçiciyə rüşvət verilibmiş - 7 nəfər saxlanıldı

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi və Daxili İşlər Nazirliyinin Cinayət Polisi İdarəsinin Kotayk vilayət şöbəsinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində seçkilərdə rüşvətvermə sxeminin üstü açılıb və şəbəkə zərərsizləşdirilib.

Araşdırmalar zamanı təxminən 45 seçiciyə ümumilikdə 7,5 milyon Ermənistan dramı (təqribən 32 500 AZN) məbləğində seçki rüşvəti verilməsi cinayət mexanizmi müəyyən edilib.

Qanunsuz sxemin ifşa edilməsi çərçivəsində keçirilən xüsusi əməliyyatla hadisəyə mane olan 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR