• Bakı 21° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Ukrayna savaşında itkin düşən azərbaycanlının nəşi tapıldı

DÜNYA

07 Iyun 2026 | 23:15

Ukrayna savaşında itkin düşən azərbaycanlının nəşi tapıldı

Rusiya-Ukrayna müharibəsində itkin düşmüş hesab edilən azərbaycanlının nəşi tapılıb.

Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, Astara rayonunun Siyəkəran kənd sakini Vaqif Qazı oğlu Qəhrəmanov Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edərkən həlak olub.

O, bir müddət əvvəl itkin düşmüş hesab olunurdu. Sonradan nəşi aşkar edilib.

Vaqif Qəhrəmanov daha əvvəl Rusiyanın Dağıstan Respublikasının Xasavyurt şəhərində yaşayıb. O, ailəli olub və 5 övlad atası idi.

Onun nəşinin yaxın günlərdə dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, V.Qəhrəmanov Azərbaycan vətəndaşı olub və Rusiyada muzdlu işçi kimi fəaliyyət göstərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026
06 Iyun 2026