ABŞ Avropadakı Amerika qoşunlarının gələcək sayı ilə bağlı qərar verərkən İranla müharibə zamanı NATO müttəfiqlərinin hərəkətlərini nəzərə alacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Avropaya qoşun yerləşdirməyin əsas səbəblərindən biri güc, birlik nümayiş etdirmək idi. İndi isə bunun əksini görürük. Ən azı bəzi NATO üzvləri üçün belə deyil və bu narahatlıq doğurur. Bu məsələyə diqqət yetirilməlidir. Amma nəticə etibarilə son qərar ABŞ prezidenti Donald Trampındır", - deyə dövlət katibi bildirib.
Rubio əmin olduğunu bildirib ki, NATO daxilində ABŞ qüvvələrinin yenidən yerləşdirilməsi üçün həmişə bir plan olub. Daha geniş dəyişikliklərin olacağı ilə bağlı isə hələlik heç nə dey bilmərəm", - deyə o qeyd edib.
Rubio həmçinin qeyd edib ki, müttəfiqlər Amerika resurslarının sonsuz olmadığını başa düşməlidirlər:
"Dünyanın ən güclü ölkəsi ola bilərik və ən əhəmiyyətli resurslara da sahibik. Lakin resurslarımız sonsuz deyil".
Bakı 




