q
  • Bakı 15° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

Heç bir liderə rəsmi dəvət göndərmədik! - Putin AÇIQLADI

DÜNYA

09 May 2026 | 00:40

Heç bir liderə rəsmi dəvət göndərmədik! - Putin AÇIQLADI

Rusiya başqa ölkələrin liderlərinə Qələbə Günü tədbirlərində iştirak üçün rəsmi dəvət göndərməyib. Sadəcə bildirdik ki, gəlmək istəyən hər kəsi görməyə şad olarıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündən sonra deyib.

“Bunu bugünkü mühitdə xüsusilə aktual və təbii hesab edirəm. Digər tərəfdən, təhlükəsizliyin təmin olunması məsələlərini də nəzərdə tuturam. Aleksandr Qriqoryeviç, burada olduğunuz üçün təşəkkür edirəm!", - deyə Putin əlavə edib.

Lukaşenko isə Putinə gülümsəyərək heç bir təhlükəsizlik məsələsinin onların görüşünə mane ola bilməyəcəyini vurğulayıb./Axar.az


SON XƏBƏRLƏR

08 May 2026