• Bakı 21° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü

DÜNYA

07 Iyun 2026 | 23:36

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü

İraqın Zikar vilayətində sərnişin avtobusunun digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində dəhşətli faciə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəzadan dərhal sonra avtobusda güclü yanğın qeydə alınıb.

Rəsmi qurumların ilkin məlumatına görə, hadisə zamanı azı 25 nəfər yanaraq həyatını itirib, 17 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, qəzaya uğrayan şəxslər Kərbəla vilayətindəki müqəddəs ziyarətgahları ziyarət etdikdən sonra Bəsrədəki evlərinə qayıdan zəvvarlar olub.

Zikar valisi dərhal hadisə yerinə gedərək vəziyyətlə tanış olub.

Faktla bağlı genişmiqyaslı araşdırma və istintaq hərəkətlərinə başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026
06 Iyun 2026