Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Moskvaya işgüzar səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, dövlət başçısı faşizm üzərində qələbə gününün ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək.
"Dövlət başçısı Moskvaya işgüzar səfərə gəlib. Sabah Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Qələbənin 81-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək", - məlumatda bildirilir.
Bakı 




