• Bakı 11° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Tramp: NATO ehtiyac duyduğumuz zaman köməyimizə gəlmədi

DÜNYA

09 Aprel 2026 | 08:19

Tramp: NATO ehtiyac duyduğumuz zaman köməyimizə gəlmədi

ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rütte ilə danışıqların yekunlarına əsasən Qrenlandiyanın statusu məsələsi ilə əlaqədar alyans daxilindəki ziddiyyətlərə yenidən diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, Amerika lideri öz bəyanatını "Truth Social" platformasında yayımlayıb.

"NATO bizə lazım olanda köməyə gəlmədi və yenə ona ehtiyacımız olsa, köməyə gəlməyəcək. Qrenlandiyanı – bu böyük, pis idarə olunan buz parçasını unutmayın", - o yazıb.

Tramp və Rütte arasındakı danışıqlar Ağ Ev rəhbərinin ölkənin NATO-dan çıxması ehtimalı barədə bəyanatları fonunda baş tutub. Tərəflər Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpası məsələlərini müzakirə etməli idilər.

Bundan əvvəl Tramp "ABC" telekanalına müsahibəsində bildirmişdi ki, Vaşinqtonun Şimali Atlantika Alyansındakı tərəfdaşlarına İrana qarşı hərbi əməliyyata qoşulmaq çağırışı NATO üçün bir sınaq idi, lakin blok bu sınaqdan keçə bilməyib.


SON XƏBƏRLƏR

08 Aprel 2026