• Bakı 11° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Bəhreyn də hava məkanını açdı

DÜNYA

09 Aprel 2026 | 09:02

Bəhreyn də hava məkanını açdı

Bəhreyn 40 gündür bağlı olan hava məkanını yenidən uçuşlara açdığını elan edib. Qərar ABŞ, İsrail və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bəhreynin BNA agentliyi məlumat yayıb.

Bildirilib ki, Nəqliyyat və Telekommunikasiya Nazirliyinin Mülki Aviasiya İşləri Departamenti ölkənin hava məkanının yenidən açıldığını açıqlayıb.

Bu addım regiondakı vəziyyətlə bağlı əvvəllər tətbiq edilən ehtiyat tədbirlərinin ləğvi çərçivəsində atılıb.

Vurğulanıb ki, hava nəqliyyatı ən yüksək təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçiriləcək. Müvafiq qurumlarla koordinasiyanın davam etdiyi, sərnişinlərin təhlükəsizliyinin isə prioritet olaraq qaldığı qeyd olunub.


SON XƏBƏRLƏR

08 Aprel 2026