ABŞ ilə gələcək sülh sazişi üçün əsas götürülən planın 10 bəndindən 3-ü pozulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf X hesabında yazıb.
"Pakistanın Baş naziri Şahbaz Şərif də bu öhdəliyi birbaşa qeyd edib və bildirib ki, Livan və digərləri daxil olmaqla, bütün regionlarda təcili atəşkəs dərhal başlamalıdır.
İkinci pozuntu Lar şəhərində məhv edilmiş PUA-nın İranın hava məkanına daxil olmasıdır.
İran Ağ Evin bəyanatlarının əksinə olaraq Tehranın təklif etdiyi plana daxil olunmuş uranın zənginləşdirilməsi hüququndan imtina etməyib. Beləliklə, danışıqlar üçün əsasın özü hələ onlar başlamazdan əvvəl açıq şəkildə pozulub. Belə bir vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar məqsədə uyğun deyil”, - paylaşımda qeyd olunub.
Bakı 




