Gürcüstanın Baş naziri İrakli Kobaxidze İran İslam Respublikasının ali rəhbəri vəzifəsinə Müctəba Xameneinin seçilməsi münasibətilə onu rəsmi şəkildə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin administrasiyasının rəsmi veb-saytında yayımlanıb.
Bildirilib ki, Kobaxidze təbrik məktubunda Gürcüstan hökuməti adından Müctəba Xameneini İranın ali rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. O qeyd edib ki, Gürcüstan iki ölkə və xalqlar arasında qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir.
Baş nazir həmçinin məktubunda İran xalqına sülh və rifah arzulayıb.
Bakı 




