• Bakı C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Regionda gərginlik artır: Azərbaycan prinsiplərindən geri çəkilməyəcək

SİYASƏT

10 Mart 2026 | 12:56

Regionda gərginlik artır: Azərbaycan prinsiplərindən geri çəkilməyəcək

Azərbaycanın xarici siyasəti uzun illərdir ki, suverenlik və ərazi bütövlüyü prinsipləri üzərində qurulub və bu mövqe həm daxili, həm də regional sabitlik üçün əsas təməl rolunu oynayır.

Xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasında vurğulandığı kimi, dost ölkələrlə əməkdaşlıq və beynəlxalq hüquqa hörmət Azərbaycanın diplomatiyasının dayanıqlı xəttini təsdiqləyir. Bu mövqe yalnız ölkənin öz sərhədlərinin qorunmasını təmin etmir, həm də  regional siyasətdə konkret diplomatik nəticələr doğurur.

Ən başlıcası, bu yanaşma Azərbaycanın tərəfdaşlıq əlaqələrini gücləndirir və regional münaqişələrin həllində hüquqi əsasları möhkəmləndirir.

Azərbaycanın suverenlik və ərazi bütövlüyü ilə bağlı mövqeyi regional siyasətdə hansı diplomatik nəticələri doğurur?

Mövzunu Bakıvaxtı.az-a şərh edən deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan üçün beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik prinsipləri həmişə böyük əhəmiyyət kəsb edib:

"İşğal dövründə də Azərbaycan bu prinsipləri rəhbər tutaraq ərazi bütövlüyü məsələsində mövqeyini qoruyub. Böyük tarixi zəfərdən sonra isə ərazi bütövlüyü və suverenlik hüquqları bərpa edilsə də, Azərbaycan işğalçı ölkənin ərazisinə daxil olmamaqla beynəlxalq hüququn prinsiplərinə sadiq qalıb".

Hikmət Babaoğlu, deputat 

Onun sözlərinə görə,  ərazi bütövlüyü məsələsində Azərbaycan qədər həssas olan ikinci bir ölkəni tapmaq çətindir:

"Azərbaycan bu gün də eyni mövqedən çıxış edir. Regionda baş verən strateji proseslərə baxmayaraq, Azərbaycan prinsipial mövqeyini qoruyur və bu prinsipiallıq gələcəkdə də davam edəcək".

Həmsöhbətimiz deyib ki, belə bir mövqe Azərbaycanın etibarlı tərəfdaş və beynəlxalq münasibətlər sistemində hörmətə layiq ölkə kimi qəbul edilməsini təmin edir:

"Bu isə öz növbəsində əməkdaşlıq və sülh üçün münbit şərait yaradır. Azərbaycan prinsipial mövqeyinə sadiqdir və gələcəkdə də belə qalacaq".

Əli Hüseynov


SON XƏBƏRLƏR