• Bakı C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Ukrayna bu vilayəti azad etdi

DÜNYA

10 Mart 2026 | 11:37

Ukrayna bu vilayəti azad etdi

Ukrayna Müdafiə Qüvvələri cənubda hücum əməliyyatı aparır və demək olar ki, artıq Dnepropetrovsk vilayətinin bütün ərazisini azad etməyi bacarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-mayor Aleksandr Komarenko bildirib.

“Artıq ərazimizin 400 kvadrat kilometrdən çoxu azad edilib. Dnepropetrovsk vilayətinin ərazisinin demək olar ki, hamısı azad olunub. Cəmi üç kiçik yaşayış məntəqəsi üzərində iş başa çatdırılmalıdır və daha ikisi təmizlənməlidir”, - o deyib.

A. Komarenko əlavə edib ki, bu uğurlar sayəsində fevral ayında itiriləndən daha çox ərazi azad edilib.


SON XƏBƏRLƏR

09 Mart 2026