• Bakı C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Bu dövlət xidmətində araşdırma aparılır

SİYASƏT

10 Mart 2026 | 12:55

Bu dövlət xidmətində araşdırma aparılır

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması ehtimalı ilə bağlı araşdırma aparır.

Bakıvaxtı.az bu barədə Antiinhisar Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, araşdırmaya rəqabət orqanının öz təşəbbüsü əsasında başlanılıb.

Araşdırmanın predmeti Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlıdır. Həmin maddəyə əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər fəaliyyətlərinin nəticələrinə dair maliyyə hesabatlarını müəyyən edilmiş qaydada və vaxtında rəqabət orqanına təqdim etməlidirlər.


SON XƏBƏRLƏR