Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, YAP İdarə Heyətinin 12 mart tarixində iclası keçiriləcək.
Bəs sözügedən iclasada nələr müzakirə olunacaq?
Bakıvaxtı.az-ın əldə etdi məlumata görə, iclasda əsas müzakirə mövzularından biri partiyanın 2026-cı il üzrə maliyyə hesabatı olacaq. Auditorlar Palatasının nümayəndələrinin təqdim edəcəyi hesabatda partiyanın maliyyə vəziyyəti, fəaliyyətinin nəticələri və qanunvericiliyə uyğunluğu diqqətlə nəzərdən keçiriləcək.
İclasda həmçinin cari məsələlər və qarşıda duran strategiya və prioritetlər ətrafında fikir mübadiləsi aparılacaq.
YAP sədrinin müavini və Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclas zamanı partiyanın üzərinə düşən milli vəzifələrin icrası, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin müəyyən etdiyi strategiya və hədəflərin həyata keçirilməsi ilə bağlı mövqeyini də təqdim edəcək.
Əli Hüseynov
Bakı 




