Şəkidə dəm qazından boğulub ölən qadınla bağlı təfərrüat məlum olub.
Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.
Şuşa rayon sakini olan mərhum Kəmalə Yaqub qızı Quliyeva Şuşa mədəniyyət evində dərnək rəhbəri olub.
***
09:17
Şəkidə 47 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Yeni Çələbixan qəsəbəsində baş verib.
47 yaşlı Kəmalə Quliyeva yaşadığı ünvanda dəm qazından həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




