• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Prezidentin tapşırığı ilə İrana humanitar yardım göndərildi - FOTO - VİDEO - YENİLƏNİB

SİYASƏT

10 Mart 2026 | 13:42

Prezidentin tapşırığı ilə İrana humanitar yardım göndərildi - FOTO - VİDEO - YENİLƏNİB

Azərbaycandan İrana göndərilən humanitar yardım "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən keçib.

Bakıvaxtı.az xəbər verir ki, humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Hazırda humanitar yardım yüklənmiş avtomobillər "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən yola salınır.

Qeyd edək ki, humanitar yardım Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

***

13:10

Azərbaycandan İrana göndərilən humanitar yardım "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, humanitar yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə sərhəd buraxılış məntəqəsinə gətirilib.

Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Hazırda humanitar yardım yüklənmiş avtomobillər "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən yola salınır.

Qeyd edək ki, humanitar yardım Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

***

09:21

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.


Prezidentin tapşırığı ilə İrana humanitar yardım göndərildi - FOTO - VİDEO - YENİLƏNİBPrezidentin tapşırığı ilə İrana humanitar yardım göndərildi - FOTO - VİDEO - YENİLƏNİBPrezidentin tapşırığı ilə İrana humanitar yardım göndərildi - FOTO - VİDEO - YENİLƏNİBPrezidentin tapşırığı ilə İrana humanitar yardım göndərildi - FOTO - VİDEO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026