ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İrana zərbələri dəstəkləyir, amma uzunmüddətli müharibə ehtimalından narahatdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.
Vens İrana qarşı əməliyyat başlayanda Prezident Donald Trampın Mar-a-Laqodakı iqamətgahında olmayıb, müzakirədə uzaqdan iştirak edib.
Ağ Ev mənbələri izah edib ki, təhlükəsizlik tədbirləri vitse-prezidentin şəxsən iştirak etməsinə mane olub. İqamətgaha gəlib-gedən çoxsaylı nəqliyyat vasitələri diqqəti cəlb edə və hərbi əməliyyata hazırlığı üzə çıxara bilərdi.
Vens hərbi əməliyyat başladıqdan sonra iki gün ərzində ictimai açıqlama verməyib. Onun müşavirləri bunu belə izah ediblər ki, administrasiya İrana qarşı əməliyyatla bağlı əsas sözçü kimi Donald Trampı seçib./Teleqraf
Bakı 




